Orxan Əsədov

Orxan Əsədov

Geotekniki Mühəndis

Haqqında

Orxan Əsədov mineral xammal yataqlarının axtarışı, qiymətləndirilməsi və inventarlaşdırılması üzrə ixtisaslaşmış təcrübəli mühəndis-geoloqdur. O, həm dövlət, həm də özəl sektorda çalışaraq müxtəlif geoloji kəşfiyyat layihələrinə rəhbərlik etmiş, eyni zamanda tikinti sahəsində layihələrin icrasına nəzarət etmişdir.

Orxan Əsədov layihələrin hər mərhələsində yüksək dəqiqlik və keyfiyyət prinsiplərini əsas götürür. Onun geniş elmi bilikləri və praktiki təcrübəsi GeoCompany komandası üçün strateji üstünlük yaradır. Həmçinin, müxtəlif sahələrdə layihələrin uğurlu icrası üçün tələb olunan peşəkar bacarıqlara malikdir və komanda daxilində effektiv əməkdaşlıq bacarıqları ilə seçilir.

O, geoloji tədqiqatlarda innovativ yanaşmalar tətbiq edir və mövcud metodologiyaları optimallaşdıraraq layihələrin səmərəliliyini artırır. Orxan, həmçinin gənc mütəxəssislərin hazırlanmasına töhfə verərək bilik və təcrübəsini yeni nəsillə paylaşır, GeoCompany-nin layihələrinin uğuruna davamlı olaraq qatqı təmin edir.


Şəxsi Məlumatlar

Doğum tarixi: 23.09.1983
Doğum yeri: Azərbaycan R. Zəngilan r.
Milliyəti: Azərbaycan
Ailə vəziyyəti: Evli
Hərbi vəzifəsi: Əsgər
Sürücülük vəsiqəsi: B kateqoriyalı

Təhsil

Bakalavr: Bakı Dövlət Universiteti

Fakültə: Geologiya

İxtisas: Hidrogeologiya və Mühəndis geologiyası

Təhsil illəri: 2001-2005

Magistr: Bakı Dövlət Universiteti

Fakültə: Geologiya

İxtisas: Mühəndis geologiyası

Təhsil illəri: 2006-2009


İş Təcrübəsi

2022 - hal-hazırda

GEO Company MMC

Vəzifə: Geoloq

  • Azərbaycan Respublikasının ərazisində müxtəlif təyinatlı qeyri-filiz və filiz yataqlarının axtarışı və qiymətləndirilməsi üzrə geoloq işləyirəm.
  • Axtarış və qiymətləndirmə zamanı dağ qazmalarının qazılması prosesinə nəzarət, qazılmış dağ qazmalarının sənədləşdirilməsi və sınaqlaşdırılması.
  • Buruq quyularının qazılması prosesi, qazılan quyulardan çıxarılmış kernlərin sənədləşdirilməsi və sınaqlaşdırılması.
2021-2022

“BETEKO GRUP” QSC

Vəzifə: Sahə rəisi (Keyfiyyətə nəzarət, incə işlər üzrə)

  • Baku Bay Tower layihəsində mərtəbələrin təmir işlərində iştirak.
  • Təmirin gedişinə nəzarət və keyfiyyətinin təmin edilməsi.
2021

Archinar MMC

Vəzifə: Tikintidə İş icraçısı (Keyfiyyətə nəzarət)

  • AZZA zavodunun tikintisində işlərin keyfiyyətinə nəzarət.
2020

Milli Geoloji Kəşfiyyat Xidməti, Geoloji Axtarış İdarəsi

Vəzifə: Baş geoloq

  • Qazax rayonu ərazisində kompleks tikinti materiallarının axtarışı və qiymətləndirilməsi.
  • Tikinti materiallarına yararlı perspektivli sahələrin aşkarlanması və qiymətləndirilməsi.
  • Perspektivli sahələrin ehtiyatlarının hesablanması, hesabatların tərtibi və xəritələrin hazırlanması.
2019

Milli Geoloji Kəşfiyyat Xidməti, Şərq Geoloji Axtarış Ekspedisiyası

Vəzifə: Baş geoloq

  • Abşeron yarımadasında dövlət və sahə balanslarında qeydiyyata alınmış mişar daşı yataqlarının inventarlaşdırılması və yenidən qiymətləndirilməsi.
2016-2019

Milli Geoloji Kəşfiyyat Xidməti, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası

Vəzifə: Baş geoloq

  • Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış qeyri-filiz və tikinti materialları yataqlarının inventarlaşdırılması.
  • Yataqların yerini müəyyənləşdirmək, mövcud vəziyyəti qiymətləndirmək və qalıq ehtiyatını dəqiqləşdirmək.
2014-2016

Milli Geoloji Kəşfiyyat Xidməti, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası

Vəzifə: Dəstə rəisi

  • Şamaxı rayonu ərazisində kompleks tikinti materialları yataqlarının axtarışı və qiymətləndirilməsi.
  • Ayrılmış perspektivli sahələrin ehtiyatının hesablanması, hesabatların tərtibi və xəritələrin hazırlanması.
2012-2014

Milli Geoloji Kəşfiyyat Xidməti, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası

Vəzifə: Dəstə rəisi

  • Ağsu rayonu ərazisində tikinti materialları yataqlarının axtarışı və qiymətləndirilməsi.
  • Ayrılmış perspektivli sahələrin ehtiyatının hesablanması, hesabatların tərtibi və xəritələrin hazırlanması.
2010-2012

Milli Geoloji Kəşfiyyat Xidməti, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası

Vəzifə: Dəstə rəisi

  • Ağdaş rayonu ərazisində kompleks tikinti materialları yataqlarının axtarışı və qiymətləndirilməsi.
  • Ayrılmış perspektivli sahələrin ehtiyatının hesablanması, hesabatların tərtibi və xəritələrin hazırlanması.
2009-2010

RNTLTD MMC

Vəzifə: Formen

  • DİA Holding Alov Qüllələri layihəsinin sahə ofisinin təmiri.
2003-2008

ALSM “KONTUR” MMC

Vəzifə: Briqadir

  • Binəqədi rayonunda körpü tikintisi və Yasamal rayonunda yaşayış binasının tikintisində briqadir.

Bacarıqlar

Kompüter bilikləri:

  • Microsoft Office Excel
  • Microsoft Office Word
  • Microsoft PowerPoint
  • Adobe Photoshop
  • AutoCAD
  • Corel Draw

Dil bilikləri:

  • Azərbaycan dili: Əla
  • Türk dili: Yaxşı
  • Rus dili: Yaxşı
  • İngilis dili: Zəif
GeoCompany Logo
GEOCOMPANY
AZ Flag Azərbaycan EN Flag English RU Flag Русский
AI Köməkçi
Salam! Mən GeoCompany-nin AI köməkçisiyəm. Bu gün sizə necə kömək edə bilərəm?